تبلیغات
اورمو قیزلاری گؤیلرین اولدوزلاری - منیم آنام

اورمو قیزلاری گؤیلرین اولدوزلاری

منیم دیلیم گؤزلدیر


ساوادسیزدیر

آدینی دا یازا بیلمیر

منیم آنام

آنجاق منه

سای اؤیردیب

آی اؤیردیب

ایل اؤیردیب

ان واجیبی دیل اؤیردیب

منیم آنام

بو دیل ایله تانیمیشام

هم سئوینجی

هم ده غمی

بو دیل ایله یاراتمیشام

هر شعریمی

هر نغمه می،

یوخ من هئچم

من یالانام

کیتاب کیتاب سؤزلریمین

مؤلفی : منیم آنام

 

MƏNİM ANAM

Mənim Anam

Savadsızdır

Adını da yaza bilmir

Mənim anam

Ancaq mənə

Say öyrədib

Ay öyrədib

İl öyrədib

Ən vacibi dil öyrədib

Mənim anam

Bu dil ilə tanımışam

Həm sevinci

Həm də qəmi

Bu dil ilə yaratmışam

Hər şerimi, hər nəğməmi,

Yox mən heçəm, mən yalanam

Kitab kitab sözlərimin

Müəllifi: Mənim anam

 

Bəxtiyar Vahabzadə

Menim Anam

Savadsızdır

Adını da yaza bilmir

Menim anam…

Ancak mene

Say öğredib

Ay öğredib

İl öğredib

En vacibi dil öğredib

Menim anam.

Bu dil ile tanımışam

Hem sevinci

Hem de gamı

Bu dil yaratmışam

Her şiirimi

Her nağmemi,

Yoh men heçem

Men yalanam

Kitap kitap sözlerimin

Müellifi Menim anam




[ سه شنبه 19 مهر 1390 ] [ 06:41 ب.ظ ] [ ipək ]

[ نظرات() ]